İordan çayının qərb sahili və Qəzza sektorundakı ABŞ-ın Qüds qərarına qarşı təşkil edilən etiraz aksiyalarında 7500 nəfər iştirak edib.

Axar.az xəbər verir ki, aksiyalar zamanı fələstinlilərlə İsrail hüquq-mühafizə orqanları arasında toqquşma olub. Toqquşma nəticəsində 2 nəfər həlak olub, 760 nəfər yaralanıb. Yaralananlardan 260 nəfəri rezin güllələrdən xəsarət alıblar.