Foto © heute.at

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Avropa Parlamenti dönərlər bağlı qərarını açıqlayıb. AzEuroNews.comun məlumatına görə, dondurulmuş dönər ətinə fosfat turşusunun vurulmasının qadağan olunması ilə bağlı qərar qəbul edilməyib.

► Xatırladaq  ki,  bir müddət əvvəl Avropada dönər qadağan olunması geniş müzakirə olunurdu.  Buna səbəb dönərin hazırlanması üçün istifadə olunan dondurulmuş ətə fosfatın vurulması idi. Hazırda Avropada qanunla ətə fosfatın vurulması qadağandır. Ancaq dönər hazırlanarkən dondurulmuş ətin qurumaması və dadının uzun müddət qalması üçün kimyəvi maddə olan fosfat vurulur.

► Məlumat üçün qeyd edək ki, dondurulmuş ətə qurumaması və dadının uzun müddət qalması üçün vurulan fosfat turşusu qeyri-üzvi, kimyəvi və fosforlu turşudur. Fosfat turşusu və fosfat biokimya və ekologiya üçün çox mühimdir. Fosfat kənd təsərrüfatı və sənaye üçün çox əhəmiyyətli kimyəvi məhsuldur.