Putin mətbuat konfransının gedişatında ABŞ-a mesaj göndərib. Rusiya lideri qızğın silahlanmaya daxil olmadan ölkənin təhlükəsizliyini təmin edəcəyini bildirib.

“Bizdə hərbi xərclər öz təhlükəsizliyimizi təmin etmək və iqtisadiyyatına zərər verməmək üçün tənzimlənib. Biz hərbi xərclər üçün 46 milyardl dollar ayırırıq. ABŞ-da isə hərbi xərclər 700 milyard dollar təşkil edir”, – Putin vurğulayıb.

Vladimir Putin bildirib ki, ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmanı özü tərk edib.

***

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında iştirak etmək üçün rekord sayda media nümayəndəsinin qeydiyyatdan keçdiyini deyib.

O bildirib ki, akreditasiyadan keçən jurnalistlərin sayı 1640 nəfərdir. Onlardan 750-si rusiyalı jurnalistdir.

Ənənəvi illik mətbuat konfransı 13-cü dəfədir keçirilir.