Umrə turu üçün müraciət edən 120 nəfərlik qrupu Rio karnavalı üçün Braziliyaya apardığı meydana çıxan Sadi Ərqılıça aid olan Keyf tur adlı firmada vəziyyət gərgin olaraq qalmaqdadır. Umrəyə ziyarətə göndərdikləri ahıl və yaşlıları dünyaca məşhur Rio karnavalının kortejində görən ailə yaxınları şirkətin mərkəzi binası önündə etiraz edərək bu xətanın bir an öncə düzəldilməsini tələb etdiyi halda, firma bütün bu ittihamları rədd edərək güzəştə getməyi təklif edir.

Ümidlər tükənməyə doğru gedir

Ötən günlərdə Keyf tur adlı firmaya müraciət edərək Umrəyə ziyarətə yollanan lakin, ziyarət əvəzinə Rio karnavalına aparıldığını öyrənən zərərçəkmişlərin ailələri problemin həllolunması üçün firmanın əsas binası önündə etiraz aksiyası keçiriblər. Zərərçəkmişlərin ailələri adından çıxış edən Süleyman Torkel öncəliklə karvandakıların səhhətindən narahat olduğunu ifadə edərək, “Mənim atam ürək çatışmazlığından əziyyət çəkir, heç onun Umrədən sağ-salamat qayıtmasına ümidim yox ikən, Riodan qayıda bilməsi imkansızdır. Ümidimiz hər keçən saat itir. Tək diləyimiz onun ən azından xoşbəxt şəkildə vəfat etməsidir, əgər bir günaha da giribsə də Allah özü bağışlasın”… hər kəsin onlar üçün dua etməsini xahiş etdi.

Zərərçəkmiş ailələr arasında Riodakılarla əlaqə saxlaya bilən Nəzrin Hangülən isə “Dünən axşam saatlarında atamla əlaqə saxlaya bildim. Səsində bir problem yox idi. Mənə dedi ki, “qızım buralar deyildiyi kimi var imiş, insan heç geriyə qayıtmaq istəmir”. Bunun ardından ən son anamın “Səni kor qalmayasan Nəcmi” deyə qışqırdığını eşitdim və sonra xətt kəsildi. Ailəcə təşviş içərisindəyik” deyərək göz yaşlarını saxlaya bilmədi.

“Bəlkə bu da bir sınaqdır”

Karvanda qohumları olan ailələrin sərt reaksiyasının ardından media qarşısına çıxan Keyf Tur Agentliyinin səlahiyyətli nümayəndəsi olan Sadi Ərqılıç ittihamlara cavab olaraq öz firmasını müdafiə etdi. “Bizim nənəmizi, babamızı bu yaşdan sonra yoldan çıxarmısınız” deyə bizi çox təəssüfləndirdiniz, lakin bunu bilməyinizi istəyirəm ki, bəlkə də bu bir sınaqdır və əgər bizim Riodakı vətəndaşlarımız yetərincə sağlam imana və əqiyə sahibdirlərsə onlar üçün heç bir fərq etməz. Yox əgər şeytana uymuş olan varsa da qayıdanda onlara Umrəyə tur təşkil edərik… Ayrıca onlar Umrə qiymətinə Rioya yollanıblar, firma olaraq biz də maddi zərərə uğramışıq, amma biz bunun üçün heç bir etiraz etmirik, ortada böyüdüləcək məsələ yoxdur.

Karvanın toplanması prosesi davam edir

“Televiziyadakı görüntüləri mən də izlədim. Dəqiq bir şey söyləməyim mümkün deyil, amma müştərilərimizin bəzilərinin yanlışlıqla cənnət əvəzinə karnaval kortejinə düşdüklərini düşünürəm. Siz də yaxşı bilirsiniz ki, o yaşdakı insanların fikirləri qarışıq olur” söyləyən Ərqılıç Rio küçələrinə yayılmış olan karvan üzvlərinin toplanması üçün məsul şəxslərlə əlaqə saxladığını bildirdi. Ərqılıç bu ana qədər Rioda satıcılardan hacı üzüyü, təsbeh və əzan oxuyan saat kimi müxtəlif mallar soruçan 6 nəfərin tapıldığını və oradakı konsulluqla əlaqə saxlayıb onların tapılması üçün işlərin getdiyini, ürək tutması diaqnozu ilə xəstəxanaya müraciət edənlərin arasında hələ ki, Türk vətəndaşına rast gəlinmədiyinin bir stimul olduğunu” bildirərək ailələri qarşılıqlı anlayış və səbrli olmağa çağırdı.