Azərbaycana gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən geci 3 saata qədər baxmaq mümkün olacaq.

AzEuroNews.com APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında bununla bağlı “Turizm haqqında” qanunun 7-1 (Turizm vizası) maddəsinə əlavə müzakirəyə çıxarılıb.

Layihəyə əsasən elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.

Qeyd edək ki, hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş gün müddətinə baxılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.