Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniya sığınacaq istəyini rədd etdiyi və barəsində deport qərarı çıxardığı bəzi Əfqanıstan vətəndaşları ilə bağlı qərarını dəyişmək məcburiyyətində qalıb. AzEuroNews.comun alman mediasına istinadən verdiyi məlumata görə, hətta öz ölkəsinə deport olunmuş bəzi Əfqanıstan vətəndaşları Almaniya tərəfindən geri çağırılıb.

2.bild

Məlumat üçün bildirək ki, artıq bir neçə aydır ki, Almaniya sığınacaq istəyi rədd edilən əfqanlara qarşı daha sərt tədbirlər görməyə başlayıb. Barələrində deport qərarı çıxarılan əfqanlar Düsseldorf və Frankfurt hava limanlarından ölkələrinə göndərilirlər.