Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniya Qaçqınlar və Miqrasiya ilə iş üzrə Federal İdarə (BAMF) noyabrda sığınacaq isrtəyənlərlə bağlı statistikanı açıqlayıb. AzEuroNews.com Bamf.de-yə istinadə xəbər verir ki,  sentyabr və oktyabr ayı ilə müqayisədə noyabrda sığınacaq istəyənlərin sayında artış qeydə alınıb.

İdarənin məlumatında deyilir ki, noyabr ayında ümumilikdə 16135  nəfər Almaniyadan sığınacaq istəyib.  Sığınacaq axtaranların siyahısında birinci yeri 4060 nəfərlə Suriya vətəndaşları tutub. Onları 2051 nəfərlə İraq, 1264 nəfərlə Əfqanıstan, 1084 nəfərlər Türkiyə vətəndaşları izləyib.

Sentyabr 2017 Oktyabr 2017 Noyabr 2017
Suriya 3.256 3.473 4.060
İraq 2.015 2.148 2.051
Əfqanıstan 1.085 1.160 1.264
Türkiyə 1.025 1.073 1.084
Nigeriya 673 581 800
İran 755 754 787
Somali 532 515 638
Eriteriya 616 703 562
Naməlum 455 362 469
Rusiya 546 444 445