Böyük Britaniya şahzadəsi Harrinin nişanlısı və aktrisa Meqan Markl “Lyst” şirkətinin analitikləri tərəfindən tərtib olunmuş dəb reytinqində eltisi – Kembric hersoginyası Keyt Middltonu geridə qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dəb qanunvericiləri və üslub avtoritetləri siyahısında Keyt Middlton 5-ci yeri, şahzadə Harrinin nişanlısı Meqan Marklsa dördüncü pilləyə yüksəlib. Bella Hadid üçüncü, Selena Qomes ikinci yerdə qərarlaşıb, Rihanna isə siyahıya başçılıq edib.

“Lyst”in ekspertləri Meqanın 4-cü olmasını belə izah edib:

“Meqan bu il xüsusi monarx üslubu nümayiş etdirib, o cümlədən geyim seçimində “Hunter”, “Burberry” və “Barbour” kimi yerli brendlərə müraciət edib. Bundan başqa şahzadənin gələcək nişanlısı az məşhur olan markalardan da kifayət qədər maraqlı geyimlər əldə edə bilib”.

Onların fikrincə, hersoginyanın stili yenə də çox populyardır, özü də “Erdem”, “L.K Bennet”, “Roland Mouret”, “Dolce & Gabbana” kimi brendlərin geyimləri ətrafda xüsusi ajiotaj yaradır və həmin dəstlər çox yaxşı satılır. Yeri gəlmişkən, oxşar hadisə indi də Meqan Marklla baş verir.

Xatırlamaq lazımdır ki, şahzadə Harri ilə rəsmi nişanlanma mərasimindən sonra Meqan Marklın ilk çıxışı üçün geyindiyi ağ palto dəb jurnallarının səhifələrini bəzəmişdi.

İki elti arasında rəqabət daha da güclənir, lakin belə görünür ki, bu, onları çox da narahat etmir. Kral ailəsinə yaxın mənbələrin sözlərinə görə gəlinlər bir-biri ilə yaxşı yola gedirlər və milad tətilini birlikdə keçirməyə hazırlaşırlar.

20171512-meghankate-2

980x1306-ts-elleuk-com-gallery-16505-rihanna-style-file-update-12-february-2015-in-new-york-getty-gallery-jpg 1280_bella_hadid_cannes_getty532143518 20171512-meghankate-1 selena_gomez03