Bakıda spirtli içkilərdən zəhərlənənlər əsasən tüfeyli həyat tərzi keçirən şəxslərdir.

“AzEuroNews.com”un Trend-ə istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, spirtli içkilərdən zəhərlənən şəxslər hər gün KTM-in Toksikologiya şöbəsinə müraciət edir:

“Demək olar ki, hər gün şöbəyə 5-6 nəfər spirtli içkidən zəhərlənmə ilə müraciət edir. Onlar əsasən “bomj”lar olur. Küçələrdə tüfeyli həyat tərzi keçirənlər içki qəbul edirlər, soyuqda qalırlar və nəticədə zəhərlənmə hadisəsi baş verir”.