Əfqanıstanın Nangarhar  şəhərində keçirilən  əməliyyatlar zamanı 26  İŞİD-çi  öldürülüb.

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki,  əməliyyatda  30 İŞİD  üzvü yaralanıb və 5 kənd terror təşkilatından təmizlənib. Eyni zamanda  yol kənarındakı 21 mina təsirsiz hala gətirilib.

Qeyd edək ki, Nangarharın digər bölgələrində də terroristlərlə mübarizə istiqamətində əməliyyatlar başladılıb.