Rusiya prezidenti Vladimir Putin haqqında yeni faktlar üzə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, Putin 1970-ci illərdə universitet tələbəsi olub və bu illərdə filmlərdə epizodik rollara çəkilib.

Putinin köhnə dostu və keçmiş idmançı Vasiliy Şestakov “Dojd” qəzetinə verdiyi müsahibədə Putinin tələbəlik dövründə pul qazanmaq üçün filmlərdə epizodik rollara çəkildiyini bildirib.

Məlumata əsasən, Putin 1972-ci ildə “İzhora Batallion”, 1974-ü ildə “Blockade” filmində Şestakovla birlikdə alman əsgəri obrazını canlandırıb.

Şestakov deyib: “O dövrə görə yaxşı pul alırdıq. Mühəndis ayda 110 rubl maaşa işləyirdi. Biz isə filmə çəkiləndə gündəlik 75 rubl qonorar alırdıq. Əla pul idi”.