Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniya 2018-ci ildə 200 mindən az qaçqın və miqrant qəbul edəcək. AzEuroNews.comun məlumatına görə, bunu “Bild am Sonntag” qəzetinə açıqlamasında Almaniyanın daxili işlər naziri  Thomas de Maziere söyləyib. Onun sözlərinə görə, 2018-ci ildə Almaniyadan sığınacaq istəyənlərin sayında böyük azalma olacaq.

Almaniyanın Daxili İşlər Naziri Thomas de Maziere
Almaniyanın Daxili İşlər Naziri Thomas de Maziere

Nazirin deyib ki, 2015 və 2016-cı illərdə təkcə Bavariya əyalətində qaçqın və miqrantların sayının artması  Xristian Demokratlar (CDU)  və  Xristian Sosial Birlik (CSU) kimi partiyaların narahatlığına səbəb olmaqla yanaşı, onların sığınacaq axtaran şəxslər barədə müəyyən kvota təklif etməsinə səbəb olmuşdu.

► Thomas de Maziere bildirib ki, Almaniya  2015-ci ildə 890 min, 2016-cı ildə 280 min qaçqın və miqrant qəbul edib: “Sığınacq axtaranların sayının ildən-ilə azalmasına səbəb Balkan rotasının bağlanması və Türkiyə ilə imzalanan miqrant anlaşmasıdır”.

qacqin qayiq

Nazir bildirib ki, sığınacaq istəyi rədd edilmiş şəxslərin nəzarət altına alınması, eyni zamnda onların təhlükəsiz bir şəkildə deportasiya edilməsi üçün “Qərar və deport mərkəzlər” yaradılacaq: “Bu bizə imkan verəcək ki,  sığınacaq istəyi rədd edilən şəxsləri nəzarətdə saxlayaq. Eyni zamanda onların ölkədən çıxarılması daha asan olacaq. Çünki sığınacaq istəyi rədd edilən şəxslərin deport olunmamışdan öncə müxtəlif cinayətlər törətməsi ilə bağlı kifayyət qədər fakt var. Digər yandan sığınacaq istəyi qəbul edilənə kimi bütün qaçqın və miqrantlar “Qərar mərkəzi”ndə saxlanılacaqlar. Oturum izninə qədər onlara pul şəklində heç bir sosial yardım verilməyəcək. Sadəcə gündəlik təlabatları ödəniləcək. Bu da xərclərimizi bir qədər azaldacaq”.

deport

Könüllü öz ölkəsinə qayıdanlara 3 min avro və 1 illik kirayə pulu veriləcək-Almaniyada
Könüllü öz ölkəsinə qayıdanlara 3 min avro və 1 illik kirayə pulu veriləcək-Almaniyada

Nazirin sözlərinə görə, sığınacaq istəyi rədd edilənlərin ölkələrinə könüllü qayıtması üçün başladılan “Yenidən uyğunlaşmaya dəstək” proqramına indiyə kimi 200 nəfər qoşulub: “Onlar əsasən Rusiya, Əfqanısta və İraq vətəndaşlarıdır. Proqram gələn ilin fevral ayının sonuna kimi davam edəcək. Müraciətlərin artacağı gözlənilir”.