Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. 

AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Sankt-Peterburqda terror aktının qarşısını almaqda göstərdiyi köməyə görə Trampa təşəkkür edib.

Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib.

Qeyd edək ki, dekabrın 11-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yeni il şənlikləri və prezident seçkiləri zamanı hazırlanan terror aktlarının qarşısını alıb.