Rusiyanın Sakit okean donanmasındakı dəniz aviasiyası və hava hücumundan müdafiə qüvvələri birləşdiriləcək.

Axar.az xəbər verir ki, “İzvestiya” qəzeti yeni ordu birləşməsinin Kamçatkada yerləşəcəyini yazıb.

Kamçatka, Çukotka və Arktika regionunun səmasını müdafiə edəcək birləşmənin 2018-ci ildən fəaliyyətə başlaması nəzərdə tutulub. Sonradan bu ordu birləşməsinin tərkibinə Saxalin, Kuril adaları, Yapon və Oxot dənizlərinin də verilməsi planlaşdırılıb.

Yeni hərbi birləşmənin əsasını 317-ci aviasiya alayı və 53-cü hava hücumundan müdafiə diviziyasının təşkil edəcəyi vurğulanıb.