Müğənni Natavan Həbibi yenidən “İnstagram” səhifəsini bərpa edib. Lent.az-ın məlumatına görə, ifaçı bir müddət öncə reper Dado ilə ayrılmaq xəbərini sosial şəbəkədəki səhifəsində paylaşdıqdan sonra “İnstagram” profilini bağlamışdı. O, dünən gecə yenidən profilində öz ifasında lirik bir mahnı paylaşıb və hazırda Türkiyədə olduğunu qeyd edib.

Qeyd edək ki, N.Həbibi sosial şəbəkədə onun şəxsi həyatının müzakirə olunduğunu görərək, səhifəsini müvəqqəti bağlamışdı və o zamandan bu günə qədər heç bir açıqlama da verməyib.

21dd0aacd2bf71659fe30ea65985a165