Rusiya Prezidenti Vladimir Putin Dağıstan Respublikası və Novqorod vilayətinə 4,3 milyard rubl dotasiyanın verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, dotasiyanın ilin sonuna qədər regionlara verilməsi nəzərdə tutulub. Moskvanın bu addımı adı çəkilən regionların büdcəsinin balanslaşdırılmasının təmin edilməsi üçün atdığı bildirilib. Vəsaitin 3,2 milyard rublunun Dağıstana, 1,1 milyard rublunun isə Novqoroda ayrılması planlaşdırılıb.

Qeyd edək ki, Dağıstan büdcə öhdəliklərinin yerinə yetirə bilməyən subyektlərindən hesab edilir.