Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Şahdağda kanata minmək üstündə izdiham yaşanıb. AzEuroNews.comun məlumatına görə, əsasən yerli turistlərin axınına səbəb olan Şahdağ istirahət mərkəzində kanata minmək üçün növbə gözləyənlər bir-birilərini əziblər.

Saytımıza verilən məlumata görə, istirahət mərkəzində gərginliyə səbəb kanatların fəaliyyətinə yarım saat fasilə verilməsi olub.

“Daha sonra kanatlar işə salındı. Ona  qədər isə, xeyli insan kanata minmək üçün növbə gözləyirdi. Hamı birdən kanata tərəfə qaçmağa başlayanda kanatı yenidən durdurdular. Mühafizəçilər insanları kanatın ətrafından uzaqlaşdırmağa çalışanda mübahisə yarandı. Sıxlıq olduğundan insanlar bir-birilərini əzdilər” deyə saytımıza hadisə şahidləri bildiriblər.

AzEuroNews.com Şahdağda kanat üstündə yaşanan izdihamın videosunu təqdim edir: