“Cadillac” şirkəti yeni flaqman modelini təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, “CT6” modeli “Omega” platformasında yığılıb və konstruksiyasında bir sıra alüminium detallara malikdir. “CT6” anoloji sedan modelindən 99 kq yüngüldür.

Uzunluğu 5184 mm, eni 1879 mm olan avtomobilin hündürlüyü 1472 mm-dir. Avtomobil V6 obrazlı atmosfer mühərriki ilə təchiz edilib.

3.6 litr həcmli aqreqat 335 at gücü hasil edir. Mühərrik 8 pilləli sürətlər qutusu ilə bərabər işləyir.