Türkan Məmmədli: “Nurağa Qasımovun vəfat etməsinin səbəbi sırf əməliyyat deyil”


 

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► “Grand Hospital”dan  AzEuroNews.com-un “Eldar Əzizovun iki həftədə 2 nəfərin öldüyü Grand Hospital”ından reportaj” yazısına münasibət bildirilib. Sözügedən tibb ocağının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli reportajda yazılanlara aydınlıq gətirib.

Eldar Əzizovun iki həftədə 2 nəfərin öldüyü “Grand Hospital”ından reportaj -Fotolar
Eldar Əzizovun iki həftədə 2 nəfərin öldüyü “Grand Hospital”ından reportaj -Fotolar

O, saytımıza açıqlamasında bildirib ki, məsələnin təfərrüatı tamam başqa cürdür: “1962-ci il təvəllüdlü Nurağa Qasımov Ürəyin İşemik Xəstəliyi, Miokard İnfakt, Gərginlik Stenokardiyası, eləcə də Hepatit B diaqnozu ilə Grand Hospitala müraciət edib. 16 dekabr tarixində N.Qasımov əməlliyata alınıb. Açıq ürək əməliyyatı başa çatdıqdan sonra bir daha ürək dayanıb və həkimlər həmin an ikinci əməliyyata başlayıblar. Ümumilikdə 9 saatdan çox davam edən əməliyyatdan mərhum sağ çıxıb və klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. O, iki gün həkimlərin nəzəri altdında qalıb. N.Qasımovun vəfat etməsinin səbəbi sırf əməliyyat deyil. Mərhumda oqran yetməməzliyi də müşahidə olunurdu. Ölüm səbəbi tibbi dillə desək ürək yetməməzliyinə bağlı poliorqan yetməməzliyidir. Yəni ürəklə yanaşı burada həm də ağciyər,  qaraciyər və böyrək çatışmalığı var idi. Mətbuatda qeyd olunur ki, mərhum əməliyyat zamanı dünyasını dəyişib. Xeyir, ağır keçən əməliyyatdan stabil vəziyyətdə çıxan xəstə iki gün sonra, 18 dekabr axşam saatlarında klinikanın reanimasiya şöbəsində dünyasını dəyişib”.

“Grand Hospital”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli
“Grand Hospital”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinin sözlərinə görə, mərhumun yaxınları N.Qasımovun bir sıra ağır xəstəlikdən əziyyət çəkdiyini bildiriblər: ” Ekspert rəyi tələb etmədilər, şikayətçi qismində də deyildirlər. Amma, Tibbi Ekspertizaya müraciət olunub. Hazırda araşdırmalar aparılır və nəticələr bəlli olan kimi mətbuata məlumat veriləcək”.

T.Məmmədlinin sözlərinə görə, ümumiyyətlə, əməliyyata daxil olan hər bir kəs ölüm riskini nəzərə alır və müqavilə imzalayır: ““Grand Hospital”ın kifayət qədər savadlı həkimləri, tibbi personalı var. Onlar hər gün bir neçə əməliyyat aparıb, yüzlərlə insanı həyata qaytarırlar. Amma tibb sahəsində 100 % heç nə yoxdur. Əməliyyat varsa, ölüm riski də var. Xüsusi ilə açıq ürək əməliyyatı kimi ağır prosesdən söhbət gedirsə…”.