ABŞ-da “BMW X7” krossoverinin yeni modeli istehsal edilir.

“Ölkə.Az” xəbər verir ki, mətbuata sızdırılan bir neçə foto yeni avtomobilin dizaynı haqqında məlumat əldə etməyə kömək edir.

Yeni model əvvəlkilərdən xarici görünüşünə görə bir o qədər də fərqlənmir.

Seriya istehsalı 2018-ci ilin sonunda baş tutacaq. “BMW X7” modeli ABŞ-ın Cənubi Karolina ştatının Spartanberq şəhərinə yığılacaq.
Sınaqlar isə Ölüm Vadisi və Skandinaviyada baş tutacaq. “BMW X7” haqqında texniki məlumat azdır. Salon 6 nəfərlikdir. İkinci cərgənin sərnişinləri üçün fərdi informasiya-əyləncə sistemi nəzərdə tutulub.

Kapotun altına hibrid mühərrik yerləşdirilib.