Türkiyənin məşhur “Kaybedenler Kulübü” filmi serial olur. “Qafqazinfo” xəbər verir ki, baxış sayına görə rekorda imza atan ekran işi rejissor Tolga Örnek imzası ilə efirdə yayımlanacaq.

Serial əvvəlcə 10 bölümlük hazırlanacaq, daha sonra davamı reytinq göstəricilərindən sonra bəlli olacaq.

Layihənin yayımı internet vasitəsiylə baş tutacaq. Serialın qəhrəmanları filmdə olduğu kimi Nejat İşler, Yiğit Özşener və Ahu Türkpençe  olacaq.