Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Alman avtomobil markası “Audi” satdığı 330 min maşını gerir çağırır. AzEuroNews.comun məlumatına görə, buna səbəb 2011-2015-ci illərdə satılan “A4”, “A5” və “Q5” modellərində yanğın çıxması təhlükəsidir.

Şirkət müəyyən edib ki, sözügedən modellərdə olan əlavə isidicilər yanğına səbəb ola bilər. Xüsusilə, qış aylarında istilik sisteminin bord kompüterdə göstəriləndən daha çox istilik xaric etməsi, bu modellərlə ağlı təcili tədbirin görülməsinə səbəb olub.

“Audi”dən verilən açıqlamada bildirilib ki, bu texniki xəta şirkətə aid servislərdə cəmi 1-2 saatın içərisində düzəldiləcək. Üstəlik servis xidməti pulsuz olacaq. Artıq “Audi”  2011-2015-ci ildə satdığı bütün  “A4”, “A5” və “Q5” modelləri sahiblərinə məktub göndərərək avtomobilləri geri çağırıb.