Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su keçiriləcək.
 “AzEuroNews.com” “Report”-a istinadən xəbər verir ki, XVII tur çərçivəsində “Real Madrid” “Barselona”nı qəbul edəcək.
Əzəli rəqiblərin cari çempionatda “Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan “Real Madrid” cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Lakin “kral klubu”nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi “Atletiko”nu 6 xal qabaqlayır.
Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə “Real Madrid”lə “Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə “göy-narıncılar” qələbə qazanıblar.
Turnir Oyun sayı Real M Bareslona Heç-heçə Top fərqi
La Liga 174 72 69 33 284 – 277
Kral Kuboku 33 12 14 7 64 – 63
Liqa Kuboku 6 0 2 4 8 – 13
Superkubok 14 8 4 2 30 – 18
Çempionlar Liqası 8 3 2 3 13 – 10
Yoldaşlıq/ Digər 34 4 20 10 44 – 86
Cəmi 269 99 111 59 443 – 467

 

23 dekabr
16:00. “Real Madrid” – “Barselona”
Baş hakim: Xose Mariya Sançes Martines
“Santyaqo Bernabeu” stadionu

[youtube https://www.youtube.com/watch?v=gKNytcdkaTY]