Başrollarını Serenay Sarıkaya, Ozan Güven, Mehmet Günsür və Berrak Tüzünataçın paylaşdığı “Fi” serialının tamaşaçılarına pis xəbər var.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda ikinci sezondur ki, davam edən serialın nəzərdə tutulan 3 və 4-cü sezonu olmayacaq.

Belə ki, Azra Kohenin yazdığı “Fi Pi Çi”nin 4 sezon ekranda olacağı deyilsə də, serial bu mövsüm bitəcək.

Bu barədə açıqlama verən Kohen “İkinci sezonda sadəcə obrazlar var, elə bu səbəbdən də serialın bitməsi qərarını aldım” deyib.