8 zərər çəkən, həbslər, villalar…


 

Emil Salamoğlu/AzEuroNews.com/ Bakı ► ► ►Lisenziyası ləğv edilən “Dəmirbank” ASC-nin həbsdə olan general Akif Çovdarovla əlaqələri olub.

AzEuroNews.comun məlumatına görə, bankın başı üzərində “qara bulud”lar çoxdan dolaşırdı və bağlanacağı gözlənilirdi.

Ötən il aprelin 21-də “Dəmirbank” ASC-nin idarə heyəti sədrliyindən gedərək vəzifəsini Fərid Abuşova buraxan Roman Əmircanovla bağlı mətbuatda çox yazılıb.

Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov
Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov

Roman Əmircanov Akif Çovdarov qudadırlar. Onun əmisi oğlu, Çovdarovun kürəkəni Rəşad Əmircanov MTN-də şöbə rəisi vəzifəsində çalışıb.

“MTN işi” ilə əlaqədar o da tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi R.Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb.

Hazırda problem yaşayan yeddi nəfər vətəndaş, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləri on illərlə manat-manat topladıqları pulları “DəmirBank”a əmanət ediblər.

İnsanların əllərində rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzaları var.

Depozit əmanətlərin müqavilə müddətlərinin aylardır bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmayıb, pullar mənimsənilib.

Roman Əmircanov
Roman Əmircanov

Artıq Çovdarovun qudası Roman Əmircanov da həbsin bir addımlığındadır. “Dəmir Bank”ın sədri olmuş Roman Əmircanov general qudasının həbsindən sonra ölkədən qaçıb.

Hər ikisi gürcüstanlı olan qudalar eyni kamerada belə saxlana bilər. Ancaq bankir xarici ölkələrin birində gizlənir və axtarışdadır.

Çovdarov həbs edildikdən sonra ikinci kürəkəni, yəni “Dəmirbank” sədrinin oğlu Rəşad Əmircanov MTN sıralarından uzaqlaşdırıldı.

Əslən Borçalının Qaçağan kəndindən olan MTN şöbə rəisi, polkovnik-leytenantı Rəşad Əmircanov sərəncama göndərildi.

Onun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib.

Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib. Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.

Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər.

 Fərəh Rəşadətli
Fərəh Rəşadətli

“Dəmir bank”ın hazırki rəhbərliyi isə əmanətçilərin qarşısında məsuliyyətdən yayınmaq üçün Səbael filialının müdiri olmuş Fərəh Rəşadətlini qabağa verib.

Onu “günah keçisi” çıxarmaqla bank rəhbərliyi canını qurtarmaq istəyir. Belə ki, Rəhman Hacıyev və bankın bütün rəhbərliyi məsuliyyətdən filial müdirinin hesabına yayınmağa çalışır.

Hətta filial müdirini işdən azad ediblər. Bununla guya görüntü yaratmağa çalışıblar ki, əsl təqsirkar cəzalandırılıb. Halbuki, bu nağıla inanmaq üçün kifayət qədər sadəlövh olmaq lazımdır.

Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında, külli miqdarda maliyyə vəsaitlərinin Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilməsində kömək edib.

Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər – “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi gedir. F.Rəşadətli azyaşlı uşağı olması nəzərə alınaraq ev dustaqlığına buraxılıb.