“Google” şirkəti ABŞ-ın ən populyar 10 avtomobilinin siyahısını açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, siyahı axtarış sistemində ən çox adı yazılan avtomobillər arasından seçilib.

“Google” nəinki şirkətlərin adını, hətta konkret modellərin də adını açıqlayıb. Amerikalılar məhz bu modellərlə maraqlanıblar.
Siyahıya liderliyi “Ford Motor” şirkəti edir. Şirkətin “F-150” pikapı 2016-cı ildə də dünyada ən populyar model olmuşdu.

İkinci yerdə “Lexus” şirkətidir. Şirkətin “RX” krossoveri, “İS” və “LS” sedanları ən çox axtarılanlar arasındadır.

“Google”-un məlumatına əsasən, siyahıda üçüncü pilləni “Kia” şirkəti tutub.

Yaponların “Toyota” şirkəti reytinq cədvəlində dördüncü pillədə qərarlaşıb. “Sienna”, “Tacoma” və  “Camry” modelləri çox populyardır.

İlk beşliyi “Honda” şirkətinin “Civic”, “Accord” və “CR-V” modelləri tutub.

İlk onluğa isə “Bucik” (Enclave, Regal və LaCrosse modellər) şirkəti, “Acura” (MDX, RDX və TLX modelləri) avtomobili, “Tesla” (Model S, Model X və Model3 modelləri), “Hyundai” (Sonata, Elantra və SantaFe modelləri), “Dodge” (Charger, Challanger və Durango modelləri) daxil edilib.