İspaniya nəhəngi “Barselona”dan ayrılaraq vətəninə qayıtmaq istəyən futbolçu Arda Turanın son dayanacağı “Beşiktaş” klubu olub.

Publika.az xəbər verir ki, futbolçu bir dostunun “Qalatasaray”a qaytımaq istəyərsən” sualına “Qalatasaray”ın mövzusunu belə danışmayaq” şəklində cavab verib.

“Beşiktaş”a azad agent kimi transfer təklifi göndərən Arda hazırda klubun cavabını gözləyir. Ağ-qaralar isə ulduz futbolçu üçün “Barselona” ilə əlaqə yaradıb və görüşmələrə başlayıb. Şərtlər razılaşdırılarsa, “Beşiktaş” Arda Turanı 1,5 illik kirayə götürəcək, daha sonra isə transfer hüququnu alacaq.

Klub, eyni zamanda, Arda Turanla maaşını müzakirə etməyə başlayıb. İlkin məlumata görə, Arda 6 aylıq müddətə 3 milyon avro tələb edir.