Yunis Cəfərov/AzEuroNews.com/ Bakı► ► ► Lisenziyası ləğv edilən “Dəmirbank”ın Müşahidə Şurasının sədri Rəhman Hacıyevlə  İdarə Heyətinin sədri Fərid Abuşov sabiq qayınata-kürəkən imiş.

AzEuroNews.comun məlumatına görə, bunu bank sektoru üzrə ekspert Əkrəm Həsənov Feysbukda yayıb.

Ə.Həsənov yazıb ki, F.Abuşov bu vəzifəyə boşanmadan sonra R.Hacıyev tərəfindən təyin edilib.

Başqa cür ola da bilməzdi, çünki “Banklar haqqında” Qanunun 10.2.8-ci maddəsinə əsasən bankın inzibatçıları bir-biri ilə qohumluq münasibətində ola bilməz.

Belə ehtimal olunur ki, tərəflər ya formal olaraa rəsmi nikahı pozublar, yaxud da R.Hacıyev çox ürəyiaçıq qayınatadır və qızından boşanmış eks-kürəkənə bankda yüksək vəzifə verilib.

Sumqayıtın keçmiş icra başçısı Şakir Abuşovun oğlu olan F.Abuşov 2007-ci ildən həmin bankda işləyirdi.

Xatırlatmaq yerinə düşər ki, bir ildən çoxdur barəsində mənimsəmə və digər maddələr ilə qaldırılmış cinayət işinin istintaqını uzadan “Dəmir Bank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi, nəhayət, davam edir.

“Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov
“Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov

Sabiq xanım müdir isə hələki dəmir iradə ilə müqavimət göstərir, mənimsədiyi pulları qaytarmaq fikrində deyil.

Və Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmir Bank” ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesində zərərçəkənlər danışır.

“Təzadlar” ötən yazılarda məlumat vermişdi ki, bu dələduzluq cinayətinin qurbanları sırasında Xalq şairi Xəlil Rzanın ailəsi də var.

Bundan başqa, tanınmış poliqrafçı Bəhruz Axundovun ailəsinin də həmin bankda 4 milyon manata yaxın pulu batırıldı.

Bu dələduzluğa dözməyən Bəhruz Axundov xəstəlik keçirərək bir neçə ay əvvəl dünyasını dəyişdi.