Bu gün saat 10:00-dan 15:00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən Oxu.Az-a verilən məlumata görə, fasilələrin yaranması, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.