“Ölkə.Az” xəbər verir ki, bu barədə məlumatı Polad Alemdar obrazını ifa edən Necati Şaşmaz verib. Şaşmaz serialın hansı kanalda yayımlanacağını da qısa müddətə açıqlayacağını bildirib.
Necati Şaşmaz bildirib ki, serial 2018-ci ilin fevral ayında “Kurtlar Vadisi Xaos” adı ilə tamaşaçıların qarşısına çıxacaq:
“Ssenarini bitirdik. Fevral ayında televiziyada yayımlanmağa başlayacaq. Yaxın vaxtlarda anons ilə hansı kanalda yayımlanacağı bildiriləcək”.
Necati Şaşmaz deyib: “Bu dəfə xaos teoriyasını müzakirə edəcəyik. Xaos idarəetməsi adlandırılan bir ideologiya var. Bu ideologiyada dünyanı xaosa sürükləyib xaosla idarə etmək nəzərdə tutulub. Serialda Myanmar, Əfqanıstan, Makedoniya və ABŞ-da baş verən hadisələr canlandırılacaq”.
Aktyor bir də hərbi layihənin olduğu barədə məlumat verib: “Bir də hərbi layihəmiz var. İnşallah bu barədə də yaxın vaxtlarda açıqlama verəcəyik”.