Sosial mediada bir-birinin çılpaq fotolarını paylaşan türkiyəli müğənnilər Seren Serengil və Hande Yener məhkəməlik olub.

Publika.az xəbər verir ki, S.Serengin Handenin ona 30 metrdən çox yaxınlaşmaması və sosial mediadan adını çəkməməsi üçün ailə məhkəməsinə müraciət edib. O, eyni zamanda Handedən 100 min lirəlik təzminat tələb edib.

Hande Yener də səssiz qalmayıb. Stduiyadan çıxarkən görüntülənən ifaçı “Bir həftədir mənə qarşı olan şiddəti görürsünüz. Gərək elə döyüləm? 17 illik zəhmətimi hədər edib, boş sözlər deyə bilməzlər” deyə açıqlama verib.

O, daha sonra açıqlamlarına belə davam edib: “Kimdir ki, o? Kiçik Demet Akalın? Böyüyü biti, balacası başlayıb? Quqlda axtarışda çıxan bir fotoya görə heç kim məhkəməyə verilə bilməz. Bu dava məhkəmədə bitəcək. Mən də ona qarşı iddia qaldıracam. Uzlaşma filan istəməsin, iddialarının arxasında dursun!”

Qeyd edək ki, tərəflər arasında dava S.Serengilin “telifmetre”yə görə “Radiolarda ən çox səsləndirilən musiqiçi” olmasını qəbul etməyib, bunun yalan olduğunu bildirmişdi. Hande isə həmkarının çılpaq fotosunu paylaşıb onu təhqir etmişdi.