“Nissan” şirkəti Rusiyada daha 106 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2001-ci ilin fevralından 2012-ci ilin noyabrınadək satılmış “Almera”, “Teana”, “Pickup”, “Tino”, “Patrol”, “Terrano II”, “X-Trail” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Qeyd edək ki, “Nissan” bir neçə gün əvvəl eyni qüsurla əlaqədar 130 minə yaxına avtomobili geri çağırmışdı.