Rusiya prezidenti Vladimir Putin Yeni İl bayramını ənənəvi olaraq öz doğmaları, yaxınları və dostları ilə birlikdə qeyd edəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“O, ənənəvi olaraq Yeni ili evdə və doğmalarının, yaxınlarının və dostlarının ətrafında keçirəcək. Siz bilirsiniz ki, bu, onun üçün ailə bayramıdır. Ənənəvi olaraq bu ildə belə olacaq”, – deyə Peskov vurğulayır.