Emil Salamoğlu/AzEuroNews.com/ Bakı  ► ► ► Azərbaycanda fəaliyyət göstərən iki şirkət arasında qırğın gedir və bir-birini aşağılayırlar.

AzEuroNews.com-un məlumatına görə, İrşad Electronics şirkəti reklam çarxında Maxi şirkətini it kimi təqdim edib.

Reklam çarxında Şaxta baba Maxi adlı itini yanına çağırır və itin yuvasının üzərində Maxi şirkətinin reklamda istifadə etdiyi qırmızı rəng fonunda ağ hərflərlə Maxi yazılır.

https://www.youtube.com/watch?v=uplR7Yd5Lps

Maxi şirkətinin cavab reklam çarxında isə əlində İrşad adlı xoruzla şirkəti mağazalarından birinə gələn Şaxta baba buradakı məhsulların qiymətlərinə heyran qalır.

https://www.youtube.com/watch?v=fKeusBERjPI

Reklam çarxının sonunda Maxi adlı itin İrşad adlandırılan xoruzu parça-parça etdiyi görünür.