Rəcəb Tayyib Ərdoğan və Jan Böhmermann
Rəcəb Tayyib Ərdoğan və Jan Böhmermann

 

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada xarici ölkə prezidentlərini təhqir etməyə görə cəza ləğv edilib. AzEuroNews.com-un məlumatına görə, yeni ildə Almaniyada bir neçə qanun ləğv edilib ki, onlarda biri də budur.

Belə ki, Almaniya Cəza Qanununun 13-cü maddəsinə görə, hansısa bir xarici ölkə prezidenti və dövlət adamını təhqi etmək yol verilməz sayılırdı. Buna görə 3 il həbs cəzası da müəyyən edilmişdi.

Məlumat üçün bildirək ki, xarici ölkə preidentlərini təhqirə görə qəbul edilmiş cəza qanunu Almaniyanın ZDF kanalında proqram aparan Jan Böhmermannın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təqhir etməsindən sonra qəbul edilmişdi.

Türkiyə prezidenti aparıcıdan Almaniya dövlətinə şikayət etmişdi.

Bu olay bir müddər həm Almaniya, həm də Türkiyə mediasının gündəm mövzusu olmuşdu.