Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Bakıda sərnişin dolu avtobus dərəyə aşıb. AzEuroNews.com-un məlumatına görə,  hadisə Zığ şosesində baş verib.  175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. İlkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.

avtobus 1

Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

 

Fotolar: Qorxmaz Mustafayev