Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada vergi idarəsinin qarşısına qoyulan şübəhli paket həyəcana səbəb olub. AzEuroNews.com-un məlumatına görə, hadisə Hannover şəhərində qeydə alınıb. Belə ki, vergi idarəsinin qarşısında şübhəli paketin içində qustar üsulla hazırlanan bombanı görən vergi işçisi dərhal polisə məlumat verib.

Hadisə yerinə gələn polis vergi idarəsində çalışanlarla yanaşı ətrafdakı mağaza, market və poçt binasındakıları təxliyyə edib.

Polisin paketi incələməsindən sonra məlum olub ki, qustar üsulla hazırlanan bomba partlamaya hazır olub.

Xüsusi polis dəstələri Hamburq Vergi İdarəsinin binasında da axtarışlar aparıblar.