25 gün sonra, yanvarın 31-də çox nadir hallarda rast gəlinən çox maraqlı bir təbiət hadisəsinə şahidlik edəcəyik.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki,1866-cı ildən bəri yaşanmayan səma hadisəsi 31 yanvar tarixində bir çox ölkədə müşahidə olunacaq. 31 yanvar günü “super ay”, “mavi ay”, və “ qanlı ay” hadisələri eyni anda baş verəcək.

Haqqında bəhs etdiklərimiz nə deməkdir?

Əgər dünya Günəş və Ayın arasına daxil olursa və kölgəsi təmamilə Ayın üzərinə düşürsə bu zaman Ayın təmamilə tutulması hadisəsi baş verir. Bu 2,5 ildən bir olur.Tutulma zamanı dünyanın atmosferindən keçən Günəş şüaları filtrlənmiş olur və Ay səthinə qırmızı tonlar görünür.Buna “qanlı ay” deyilir.

“Mavi ay” termini isə bir ay ərzində ikinci dəfə belə hadisə olduqda baş verir.Bu hadisə də 2,5 ildən bir olur.

Ayın Yerə ən yaxın mövqedə olanda baş verən bədrlənməyə “super ay” deyilir. Bu zaman Ay, normalda olduğundan 30 faiz daha parlaq və 14 faiz daha böyük görünür. Hər 411 gündə bir “super ay” hadisəsi  baş verir.

Bu hadisələrin hamısının eyni vaxtda baş verməsi insanlarda maraq oyadır. Bu nadir təbiət hadisəsidir. 1 saat 16 dəqiqə ərzində baş tutacaq tutulma hadisəsi Asiya qitəsi və okean ətrafı ölkələrdə müşahidə olunacaq.