Türkiyənin sabiq daxili işlər naziri, “Qalatasaray” fanatı olan Mehmet Ağar Arda Turanla Fatih Terimi barışdırmağa cəhd edib.

“Ölkə.Az” “Fanatik”ə istinadən xəbər verir ki, Mehmet Ağar Yeni ildən öncə Arda Turanla axşam yeməyində görüşüb. Sabiq nazir futbolçuya “Sənin “Qalatasaray”a, “Qalatasaray”ın sənə ehtiyacı var. Gəl Fatih hocadan üzr istə, küskünlüka bitsin” deyib.

Lakin Arda Turan onun bu xahişini yerinə yetirməyib. “Barselona”lı futbolçunun keçmiş nazirə cavabı birmənalı olub:

“Bu məsələ artıq qapanıb. Mən bir də Fatih Terimlə çalışmaram”.