Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında yanğın çıxıb. Bu barədə məlumatı AzEuroNews.coma Hannover şəhərində yaşayan həmvətənimiz Samir Məmmədov verib. Onun sözlərinə görə, yanğın qaçqın yataqxanası kimi istifadə olunan köhnə “Martim” otelində baş verib.

Yataqxanada 359 ailə qaçqın yaşayırmış. Baş verən yanğın zamanı onlar hadisə yerinə gələn yanğınsöndürənlər və polis əməkdaşları tərəfindən təxliyyə olunublar.

Yanğının söndürülüməsinə 18 yanğınsöndürən maşın cəlb olunub.

brand6056_v-contentgross

Yanğın zamanı zəhərlənənlər də olub. Belə ki, azərbaycanlı ailələrin qaldığı üçüncü mərtəbəyə çıxan yataqxana çalışanları onları təxliyyə edən zaman tüstüdən zəhərləniblər.

► Samir Məmmədovun sözlərinə görə, yataqxananın üçüncü mərtəbəsində 78 azərbaycanlı yaşayırmış. Onların arasında onun qohumu da olub. Yanğın səhər saat 5 radələrində baş verdiyindən qaçqınların çoxu yatıbmış.

Yataqxanaya quraşdırılan avtomatik yanğınsöndürmə sistemininişə düşməsi isə, faciənin qarşısını alıb.

Hazırda yanğının çıxma səbəbləri araşdırılır. Qeyd edək ki, yataqxana kimi istifadə olunan köhnə “Martim” otelində əsasən keçmiş Sovet ölkələri- Azərbaycan, Ermənistan, Gürcüstandan gələnlər, Afrika ölkələri, İraq, Suriya, Əfqanıstan və Pakistandan olan qaçqınlar yaşayırmış.