Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Sumqayıtın icra baçısı Zakir Fərəcov daha bir əcaib göstəriş verib.  AzEuroNews.com-un məlumatına görə, başçının göstərişi ilə Bakıdan Sumqayıta çörək gətirilməsinə qadağa qoyulub.

Jurnalist Mahir Məmmədlinin “Facebook” da yazdığına görə, Z.Fərəcov market sahiblərini çağırıb və onlara xəbərdarlıq edib ki, yalnız Sumqayıt çörək zavodunun çörəyini satmalısınız.  Artıq Bakıdan Sumqayıta çörək buraxılmır. Yol polisinə də göstəriş verilib və Bakıdan Sumqayıta çörək daşıyan maşınların siyahısı təqdim olunub. Sabah səhərdən bu maşınlar Sumqayıta girsə, cərimə meydançasına aparılacaq.

Rasim Nəbiyev
Rasim Nəbiyev

AzEuroNews.com bunun səbəbləri də öyrənib. Əldə etdiyimiz məlumata görə, Bakıdan Sumqayıta əsasən Bakıxanov çörək zavodunun çörəkləri daşınırmış. Zakir Fərəcovun sözügedən çörəl zavodunun rəhbəri Rasim Nəbiyevlə münasibətlərinin korlanması  birincinin belə sərt qərar verməsinə səbəb olub.

corek

Dövlət Yol Polisində olan mənbəmizin verdiyi məlumatda qeyd olunur ki, yol polisinə təqdim olunan avtomobillərin çoxu Rasim Nəbiyevin “Sərham” MMC şirkətinə aiddir.

Məlumat üçün qeyd edək ki, Rasim Nəbiyevin Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki çörək zavodunun yanında “Sərham” adlı süpermarketi, “Ülvi” adlı şadlıq sarayı var.