İran höküməti orta məktəblərdə ingilis dilinin tədrisinə qadağa qoyub.

Oxu.Az xəbər verir ki, məlumatı Reuters İran Ali Təhsil Şurasının rəhbəri Mehdi Nəvid-Adhama istinadən yayıb.

Qeyd edilir ki, bu barədə ilk olaraq dini lider Əli Hüseyn Xamneyi etirazla çıxış edib. O deyib ki, orta məktəblərdə ingilis dilinin tədrisi Qərb mədəniyyətinin genişlənməsinə yol açır.

Dövlət və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanun və qaydalar pozulmasına səbəb olur ” – deyə İran Ali Təhsil Şurasının rəhbəri Mehdi Nəvid-Adham dövlət televiziyasındakı çıxışında bildirib.