Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi İspaniya Primerosunun 18-ci turunda “Levante”yə qarşı keçirilən ev oyununun 12-ci dəqiqəsində hesabı açıb.

“Report” xəbər verir ki, bu, Messinin Primeroda vurduğu 365-ci qol olub.

Argentinalı bununla “Böyük beşlik” ölkələri çempionatlarında bir klubun heyətində (yalnız bir ölkənin milli çempionatı nəzərdə tutulur) vurduğu qolların sayına görə “Bavariya”nın əfsanəvi hücumçusu Gerhard Müllerin rekordunu təkrarlayıb.

Müller Münhen klubunun heyətində Bundesliqa oyunlarında 365 qol vurub.