Futbolçu Arda Turan “Başakşehir” klubunun prezidenti Göksel Gümüşdağ ilə görüşüb.

“Ölkə.Az” xəbər verir ki, Arda təklifi qəbul edib: “Mən bu mübarizədə bir nəfər olaraq yer alacam. Ümidinizi puça çıxarmayacam”.

Gümüşdağ dünən keçirilən görüşdə Ardaya “Biz sənin üçün istənilən fədakarlığı etməyə hazırıq. Sən tarix yazmağa hazırsanmı?-deyib. Ulduz futbolçu isə klubun ümidlərini puça çıxarmayacağına söz verib.