ABŞ-ın kosmosa göndərdiyi məxfi peyklərdən biri ilə əlaqə kəsilib.

Publika.az xəbər verir ki, ABŞ-ın nəhəng kosmik şirkətləri tərəfindən orbitə buraxılan məxfi “Zuma” peykinin sonuncu kordinasiyaları haqqında məlumat yoxdur. Hazırda peyklə əlaqə tamamilə kəsilib.

Peyk, ABŞ-ın “SpaceX” şirkəti tərəfindən 2018-ci il yanvar ayının 8-də “Falcon 9” raketi vasitəsilə Kanaveral burunundan orbitə buraxılmışdı.