“İnter”in hücumçusu Mauro İkardi “Real”a keçmək üzrədir.

Publika.az xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlıumat yayıb.

Məlumata görə, argentinalı forvard artıq Madriddə tibbi müayinədən keçib. Onun Madrid klubuna keçidinin bu həftə elan olunacağı bildirilir.

İkardinintransfer dəyəri 110 milyon avro civarında qiymətlənidirilir.

Qeyd edək ki, “Transfermarkt” argentinalı ulduza 75 milyon avro qiymət qoyub.