İngiltərə Premiyer Liqasının komandalarından olan “Arsenal”da forma geyinən türk əsilli futbolçu Məsud Özil dekabr ayının futbolçusu seçilib.

Publika.az xəbər verir ki, 2017-ci ilin dekabr ayında 6 matça çıxan və “Nyukasl”, “Liverpul” qarşılaşmalarının hər birində toru silkələməyi bacaran M.Özil ard-arda iki dəfə bu ada layiq görülüb.

O, keçən ilin noyabr ayında da meydançaya ən çox çıxan futbolçu olmuşdu.

“Arsenal” ilə müqaviləsini yeniləməyən və komandadakı taleyi bəlli olmayan almaniyalı futbolçu səsvermədə Cek Vilser, Alkesis Sançez kimi futbolçuları geridə qoyub.