Avtomobillərin qəzaya qarşı davamlılığını araşdıran və “kraş-testlər” aparan  “Yeni Avtomobillərin Qiymətləndirilməsi üzrə Avropa Proqramı” (Euro NCAP)  təşkilatı  2017-ci ilin ən təhlükəsiz avtomobillərinin adını açıqlayıb.

Oxu.Az Life-a istinadən xəbər verir, sınaqların nəticələrinə əsasən, ən təhlükəsiz avtomobilin Volkswagen Arteon olduğu məlum olub; qeyd olunan modelin təhlükəsizlik səviyyəsi 90%-faizdən çox qiymətləndirilir.

“Böyük krossoverlər” kateqoriyası üzrə Volvo XC60, “ən təhlükəsiz kompakt krossover” kateqoriyası üzrə isə Volkswagen T-Roc qalib olub.

Ekspertlər eyni zamanda, öz siniflərinin qalibi  olan Volkswagen Polo və Opel Crossland X-in  markalı kompakt avtomobillərin təhlükəsizlik səviyyəsini yüksək dəyərləndirirlər.

[youtube https://www.youtube.com/watch?v=2rI50rLc2pI]