Dil öyrənmək üçün Amerikaya gedən türkiyəli müğənni Aleyna Tilki orada özünə sevgili tapıb. Lent.az-ın Sozcu.com.tr-yə istinadən verdiyi xəbərə görə, gənc ifaçı Kaliforniyada alış-veriş mərkəzində bir oğlanla dodaq-dodağa görüntülənib. Aleyna ilə David adlı sevgilisi səsyazma studiyasında tanış olub.

Qeyd edək ki, Aleyna keçmiş sevgilisi Emrah Karadumandan ötən ay ayrılıb.