2018-ci ildə Çinin elektronika istehsalçısı ZTE şirkəti 5G-ni dəstəkləyən ilk smartfonunu istehsal etməyi planlaşdırır.

İKT.lent.az-ın Akket.com saytına istinadən məlumatına görə, bu barədə şirkətin icraçı direktoru Lisin Çen bildirib.

L.Çen şirkətin müasir mobil rabitəni dəstəkləyən cihazlar istehsal etməyə hazır olduğunu bildirib. İlk belə cihaz artıq cari ilin sonunda və ya gələn ilin əvvəlində satışa çıxarıla bilər. Çox güman ki, əvvəlcə bu smartfon olacaq. Sonradan isə buna bənzər xüsusiyyətlərə malik planşet də yaradılacaq.

İlk əvvəl yeniliyi ABŞ-da təqdim edəcəklər. Sonradan isə bütün dünyada satışlara start veriləcək. Bu, beşinci nəsil şəbəkənin əlçatanlığı ilə bağlı olacaq.

Buna bənzər planları ilə “Huawei” şirkətinin nümayəndələri də bölüşüblər. Onlar hətta özlərinin əsas rəqiblərini də qabaqlamaq istəyirlər.